Telefon və Müştəri Xidmətləri:
- Şirkətə gələn zəngləri cavablandırmaq və müştəriləri istiqamətləndirmək
- Müştərilərlə effektiv ünsiyyət qurmaq və onların sorğularını idarə etmək
- Potensial danışanlara platformamız, xidmətlərimiz və qeydiyyat prosesi haqqında məlumat vermək
Sosial Media və Onlayn Sorğular:
- Sosial mediadan (Instagram, Facebook, WhatsApp, Telegram) gələn sualları cavablandırmaq
- Şablon cavablardan kənar suallar üçün müvafiq departamentlərə istiqamətləndirmə aparmaq
- Onlayn qeydiyyat prosesində köməklik göstərmək
Sənəd Dövriyyəsi və Formlar:
- Müştəri transferi üçün daxil olan formaları qəbul etmək və yoxlamaq
- Partnyorlardan və digər ofislərimizdən daxil olan formları müvafiq departamentlərə çatdırmaq
- Formaların və sənədlərin təqibini təmin etmək, cavablandırılma prosesini izləmək
- Məsləhətçi qeydiyyat formalarını və danışan qeydiyyat sənədlərini idarə etmək
Qeydiyyat və Məlumatlandırma:
- Yeni danışanlara və məsləhətçilərə qeydiyyat prosesi barədə addım-addım təlimat vermək
- Qeydiyyat üçün tələb olunan sənədlər haqqında məlumatlandırma aparmaq
- Online məsləhətçilik xidmətləri və platformadan istifadə qaydaları barədə sualları cavablandırmaq
Partnyorlarla Əlaqə:
- Partnyor şirkətlərdən gələn sorğuları qəbul etmək və müvafiq şöbələrə çatdırmaq
- Partnyorlarla yazışmaları aparmaq və təqib etmək
- Digər ofislərimizlə koordinasiyanı təmin etmək
Digər Ofis İşləri:
- Daxili və xarici sənəd dövriyyəsini idarə etmək
- Ofis işlərinin təşkilində köməklik göstərmək
- Görüş və tədbirlərin təşkilində dəstək olmaq.