Müştəri Xidmətləri üzrə Təmsilçi

Bakı
Tam ştat
10
0
Çağrı mərkəzi operatoru
Təcrübə tələb olunmur
800 - 1 000 ₼
İşin Təsviri
Positive Call Center

Turkish Airlines layihəsi üzrə fəaliyyət göstərən komandamıza müştəri xidmətləri təmsilçiləri dəvət edirik.

Namizədlərdən minimum B2 səviyyəsində İngilis dili bilikləri tələb olunur.

Positive Call Center-də karyera quraraq, peşəkar inkişaf imkanlarından yararlana bilərsiniz.

Müştəri təmsilçisi olaraq əsas vəzifəniz daxil olan müraciətləri operativ cavablandırmaq və müştərilərə yüksək keyfiyyətli xidmət təqdim etməkdir.

İş prosesi təlim müddətindən sonra başlayır və aylıq performans göstəricilərinizə əsasən qiymətləndirilir. Əməkdaşlar sabit əmək haqqı ilə yanaşı, performans əsaslı bonus sistemi ilə əlavə qazanc əldə etmək imkanına sahibdirlər.

Hər rüb həyata keçirilən performans dəyərləndirməsi nəticəsində uğurlu əməkdaşların əmək haqqında artım tətbiq olunur.

İş qrafiki növbəli şəkildə həftədə 6 gün, gündəlik 8 saat 30 dəqiqədir (1 saatlıq nahar və istirahət fasiləsi daxil olmaqla). Növbələr həftəlik olaraq səhər, günorta, axşam və gecə saatları üzrə tənzimlənir. Gecə növbələri üçün servis xidməti təşkil olunur. İş qrafiki ilə bağlı məsələlər qarşılıqlı razılaşma ilə müəyyən edilir.

İngilis dili bacarıqlarını təkmilləşdirmək, müştəri xidmətləri sahəsində təcrübə qazanmaq və dinamik kollektivdə çalışmaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Ətraflı məlumat üçün +994 12 599 88 78 nömrəsinə zəng edə və ya həftə içi saat 09:00–18:00 aralığında Nizami küçəsində yerləşən AF Business House ofisimizə müraciət edə bilərsiniz.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərməlidirlər. Məktubun mövzu hissəsində “Customer Service Representative” qeyd olunması mütləqdir.
Öhdəliklər
Namizədlərin yaş həddi 19-35 aralığında olmalıdır.

İngilis dili biliyi yüksək səviyyədə (B2-C1) tələb olunur.

İngilis dilində səlis nitq və mükəmməl ünsiyyət bacarıqlarına sahib olmalıdır.

İş qrafiki növbəli (səhər, günorta, axşam və gecə növbələri) şəkildə təşkil olunur.

Microsoft Office proqramlarından sərbəst istifadə etmək bacarığı mütləqdir.
Tələblər
Bonus sistemi: Fix əmək haqqına əlavə olaraq, aylıq iş göstəricilərinizə əsaslanan mükafatlandırma;

Gəlir artımı: Fərdi nailiyyətlərinizdən asılı olaraq qazancınızı yüksəltmək fürsəti.

Nəqliyyat xidməti şirkət tərəfindən qarşılanır;

Əmək Məcəlləsinə uyğun olaraq rəsmi şəkildə işə qəbul;
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG