B2B Satış və Müştəri Əlaqələri üzrə Menecer

Bakı
Tam ştat
3
0
Satış və Ticarət
1 ildən 3 ilə qədər
400 ₼
İşin Təsviri
İş şəraiti: * Vakansiya növü: Tam ştat * İş qrafiki: 5 günlük iş həftəsi (09:00 dan– 18:00 dək) (bayram günləriiqeyri-iş günü) * Əmək haqqı: 400 azn və satışdan  bonus * Ünvan:  Arena Plaza  (Koroğlu m/s yaxınlığı)   Mail:i nfo@growth.az Mobil: 050 235 35 99
Öhdəliklər
* Mövcud müştərilərlə əlaqələrin daha da inkişaf etdirilməsi, bayram günləri və ad günlərində təbrik postlarının  göndərilməsi
* Potensial korporativ müştərilərin müəyyən edilməsi ,zənglər və digər marketing vasitələrindən istifadə edərək şirkətin xidmətləri barədə ətraflı məlumat verilməsi və cəlb olunması;
* Müştəri bazasının formalaşdırılması və müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
* Mühasibatlıq və konsaltinq xidmətləri barədə müştərilərə ətraflı məlumatın təqdim edilməsi;
* B2B görüşlərin təşkili və keçirilməsi, yeni müştərilərin cəlb edilməsi;
* Razılaşdırılmış satış şərtləri əsasında müqavilələrin bağlanması və satış prosesinin idarə olunması;
* Satışın artırılması məqsədilə mövcud müştərilərlə münasibətlərin qorunması və əlavə xidmətlərin təklif edilməsi;
* Müştərilərin keçirilən aksiya və kampaniyalar barədə məlumatlandırılması;
* Şirkətin sosial media səhifələri üçün sadə dizaynlı postların hazırlanması;
* Satış kanallarının təhlil edilməsi və yeni satış imkanlarının müəyyən olunması;
* Satışı həyata keçirilən xidmətlər üzrə hesabatların hazırlanması və mütəmadi olaraq rəhbərliyə təqdim edilməsi;
* Şirkətə aid məlumatların məxfiliyinin qorunması.
Tələblər
* Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və ya oxşar sahələr üzrə);
* Xidmət və ya B2B satış sahəsində minimum 1 il iş təcrübəsi;
* Ofis proqramlarını bilmək (MS Word, MS Excel, MS Outlook, PowerPoint);
* Sosial media və Canva proqramı ilə işləmək bacarığı (üstünlükdür);
* Analitik düşüncə və sistemli yanaşma;
* Ünsiyyət və təqdimat bacarığı;
* Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus və ingilis dilləri üstünlükdür).
Oxşar vakansiyalar
Tam ştat
B2B satış meneceri
Bakı
Tam ştat
B2B Satış Meneceri
Bakı
Tam ştat
Satış meneceri (B2B)
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı