- İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil etməlidir
- Keyfiyyət standartlarını və təhlükəsizlik qaydalarını planlaşdırmalı və vaxtında təmin etməlidir
- Nəzarətində olan işçilərin gündəlik əmək qabiliyyəti haqqında düzgün hesabatını tərtib etməli
- İstehsal fəaliyyəti üzrə hesabatlar vaxtında tərtib və təqdim olunmalıdır
- İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət etməlidir
- Əsas istehsal cədvəli və əməliyyat büdcələrinin idarə olunmasına diqqət etməlidir
- Yüksək təzyiqli vəziyyətlərdə həlledici qərarlar qəbul etməkdə, tənqidi düşüncə və bütöv təhlil yolu ilə növbəti fəaliyyət istiqamətini seçməkdə rahat olmalıdır
- Ən kiçik detallar, istər bir məhsulun dizayn qüsuru, istər tədarük zəncirindəki bir gecikmə olsun, əhəmiyyətli dərəcədə təsir göstərə bilər və istehsal rəisi bunlara qarşı diqqətli olmalı və inkişaf etdirmək üçün əllərindən gələni əsirgəməməlidir
- İşçilərin və avadanlıqların boşdayanmalarının qarşısını almalıdır.