Vəzifə: Audit meneceri
Məkan: Bakı, Azərbaycan
İşin təsviri
Audit maliyyə hesabatlarının doğruluğunun və etibarlılığının müstəqil şəkildə yoxlanılması prosesidir. Bu fəaliyyət şirkətin təqdim etdiyi maliyyə hesabatlarının onun faktiki əməliyyat nəticələrini obyektiv və dəqiq əks etdirməsini təsdiqləmək üçün nəzərdə tutulmuş müəyyən prosedur və prosesləri əhatə edir. Audit eyni zamanda biznes məsələlərinin dərindən dərk edilməsini və təhlilini tələb edir. Biz müştərilərimizə maliyyə hesabatlarını tənzimləyən qaydalarla bağlı lazımi məsləhətlər verməli və mövcud tələbləri daha aydın anlamalarına kömək etməliyik. İş prosesi araşdırma, məsləhətləşmə, informasiya mübadiləsi, yoxlama, təhlil və hesabatlılıqdan ibarətdir. Auditorlar layihəyə müştərinin biznesi haqqında geniş təsəvvür formalaşdırmaq üçün araşdırmalar, görüşlər və obyektlərə səfərlər etməklə başlayırlar. Maliyyə direktorları və ali rəhbər heyətlə keçirilən görüşlərdə auditin strategiyası və əməliyyat aspektləri müzakirə olunur, daha sonra auditor aşağıdakıları əhatə edən nəzərdən keçirmə və təhlil prosesini icra edir:
Zəhmət olmasa CV-nizi və gözlənilən əmək haqqı məbləğini qeyd edərək hrbak•@gmail.com ünvanına göndərin.