· Qonaqları yüksək səviyyəli xidmət standartlarına uyğun olaraq səmimi və
peşəkar şəkildə qarşılamaq, onların komfortunu təmin edəcək şəkildə
yerləşdirilməsini təşkil etmək
· Menyu üzrə məhsulların tərkibi, təqdimatı və xüsusiyyətləri barədə dolğun
məlumat vermək, qonaqların seçim prosesini yönləndirərək satış imkanlarını
effektiv şəkildə artırmaq
· Sifarişlərin dəqiqlik və operativlik prinsipləri əsasında qəbul olunmasını və servis
prosesinin fasiləsiz koordinasiyasını təmin etmək
· Qonaqlara təqdim olunan xidmətin keyfiyyətini nəzarətdə saxlamaq, hər
mərhələdə müsbət qonaq təcrübəsinin formalaşmasına töhfə vermək
· Servis standartlarına uyğun olaraq masa quruluşunu (setup) və masa
dövriyyəsini (table turnover) effektiv şəkildə idarə etmək
· Qonaqların fərdi ehtiyac və gözləntilərini öncədən müəyyən edərək proaktiv
xidmət yanaşması sərgiləmək
· Hesablaşma prosesini şirkət prosedurlarına uyğun, şəffaf və düzgün şəkildə icra
etmək
· Servis sahəsində yüksək gigiyena, təhlükəsizlik və nizam-intizam standartlarının
davamlı qorunmasını təmin etmək
· Məhsul və xidmətlərin vizual təqdimatına (merchandising) nəzarət edərək brend
standartlarının qorunmasına dəstək olmaq
· Servis avadanlıqlarının (glassware, tableware və s.) təmizliyi və təqdimat
keyfiyyətinin (polishing) yüksək səviyyədə saxlanılmasını təmin etmək
· Qonaq şikayət və rəylərini diqqətlə dinləyərək, peşəkar yanaşma ilə həll etmək
və müvafiq hallarda rəhbərliyə eskalasiya etmək
· Komanda daxilində effektiv əməkdaşlıq qurmaq, kafe meneceri və növbə
rəhbərinin tapşırıqlarını operativ və dəqiq şəkildə icra etmək.