Trade marketing manager

Bakı
Tam ştat
1
0
Marketinq, Reklam və PR
1 ildən 3 ilə qədər
800 - 1 200 ₼
İşin Təsviri
Vakansiya: Trade Marketinq Meneceri 2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq bazarda güclü mövqeyə sahibdir. Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir.   Vəzifənin məqsədi Aptek kanalında brendin görünürlüğünü, satış sürətini və kateqoriya inkişafını artırmaq üçün ticarət marketinq strategiyalarının hazırlanması və icrasını idarə etmək. Trade Marketinq Meneceri məhsul strategiyasını aptek satış sisteminə çevirərək satış komandası üçün effektiv satış alətləri və aptek proqramları yaradır.   Üstünlük hesab ediləcək: Aptek və ya pharma sektorunda iş təcrübəsi OTC satış sistemi haqqında bilik POS materialları və kampaniya idarəetməsi təcrübəsi Satış komandası ilə əməkdaşlıq təcrübəsi   Vəzifənin strukturda yeri: Trade Marketinq Meneceri Marketinq Direktoruna tabedir və aşağıdakı komandalar ilə sıx işləyir: Field Force Manager OTC satış komandası Product Manager Dizayn komandası Rəqəmsal marketinq komandası   KPI göstəriciləri: Aptek satış artımı Aptek görünürlük səviyyəsi Kampaniyaların satış nəticələrinə təsiri POS materialların tətbiq səviyyəsi Aptek kateqoriyası üzrə satış inkişafı   Bu vəzifənin əsas rolu: Trade Marketinq Meneceri satış etmir. Bu vəzifənin əsas məqsədi: Marketinq strategiyasını ↓ Aptek satış mexanizminə çevirmək ↓ Satış komandası həmin sistemi icra edir.   Əmək haqqı- 800-1200 AZN ( təcrübəyə əsasən) İş vaxtı I-V günlər, 09.00 dan-18.00 dək CV -nizi qeyd olunan ünvana göndərə bilərsiniz: hr@orzax.az
Öhdəliklər
Aptek kanalı strategiyasının hazırlanması:

Aptek kanalı üçün ticarət marketinq strategiyasının hazırlanması

Aptek satış mexanizmlərinin qurulmasında iştirak

OTC komandasına satışa yönəlik medikal təlimlərin keçirilməsi

Aptek daxilində əczaçı təlimləri

Kateqoriya inkişafı və satış artımı üçün planların hazırlanması

Mövsümi satış kampaniyalarının planlanması

 

Aptek görünürlük strategiyası:

Aptek daxilində brend görünürlüğünü artıran POS materialların hazırlanması və planlanması

Rəf yerləşmə strategiyasının hazırlanması

Aptek display və stend layihələrinin hazırlanması

Aptek daxilində brend kommunikasiya alətlərinin hazırlanması

 

Aptek kampaniyalarının hazırlanması:

Aptek satışını stimullaşdıran kampaniyaların hazırlanması

Əczaçı yönümlü motivasiya proqramlarının hazırlanması

Mövsümi promo və satış aksiyalarının hazırlanması

Kampaniyaların satış nəticələrinin analiz edilməsi

 

Satış komandası ilə koordinasiya:

Field Force Manager və OTC satış komandası ilə sıx əməkdaşlıq

Satış komandası üçün satış alətlərinin hazırlanması

Sahədən gələn məlumatların analiz edilməsi

Aptek satışlarını artıran yeni satış mexanizmlərinin hazırlanması

 

Bazar və rəqib analizi:

Aptek bazarının və kateqoriya inkişafının analizi

Rəqib brendlərin aptek fəaliyyətlərinin izlənməsi

Aptek satış məlumatlarının analizi

Bazar imkanlarının müəyyən olunması.
Tələblər
Təhsil: Tibb təhsili əsas olaraq əçzaçılıq

İş təcrübəsi: FMCG, pharma və ya qida əlavələri sektorunda minimum 2–4 il iş təcrübəsi

Trade marketinq, satış və ya marketinq sahəsində iş təcrübəsi

Yaş: 25-35

 

Bacarıqlar:

Analitik düşünmə və strateji planlama

Layihə idarəetmə bacarığı

Komanda ilə effektiv kommunikasiya

Satış kanallarını və bazar dinamikasını anlama

Excel və analitik alətlərlə işləmə bacarığı.
Oxşar vakansiyalar
Tam ştat
Marketing menecer
Bakı
Tam ştat
Marketinq Meneceri
Bakı
Tam ştat
Marketinq meneceri
Bakı
Tam ştat
Menecer
Bakı
Tam ştat
Product Manager
Bakı