Təchizat və logistika üzrə mütəxəssis

Bakı
Tam ştat
240
0
Logistika meneceri
3 ildən 5 ilə qədər
740 ₼
İşin Təsviri
- Şəhərin mərkəzində, 28 May metrosu yaxınlığında (Şərq bazarı) rahat iş şəraiti
- Daim inkişaf edən, yenilikçi korporativ mühitdə çalışma fürsəti
- Karyera yüksəlişi və peşəkar inkişaf üçün geniş imkanlar
- Rəqabətqabiliyyətli əmək haqqı və əlavə müavinətlər paketi
- Yeni ideyaların dəstəkləndiyi və kreativ yanaşmaların qiymətləndirildiyi iş mühiti
- AR Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə
- İş qrafiki: Həftə içi 5 gün, saat 10:00-dan 19:00-dək (Şənbə günləri növbəli və qısaldılmış iş rejimi)
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşdırılacaq
Öhdəliklər
Təchizat sifarişlərinin tam dövriyyəsinin idarə olunması (sifarişlərin yerləşdirilməsi, icrasına nəzarət, müvafiq hesabatların tərtibi və yekunlaşdırılması)

Satın alınan məhsul və xidmətlərlə bağlı logistika və keyfiyyət məsələlərinin operativ həllində iştirak

Tədarükçü şirkətlərlə müqavilə bağlama proseslərinin icrası

Malların tədarükü və anbara təhvil-təslim prosesi ilə bağlı zəruri tədbirlərin görülməsi

Daxil olan malların keyfiyyətinə nəzarət və onların müvafiq qaydada uçotunun aparılması

Ödəniş sorğularının hazırlanması və ödəniş proseslərinə nəzarət

Təchizat fəaliyyətinin icmalı barədə rəhbərliyə həftəlik və aylıq hesabatların təqdim edilməsi.
Tələblər
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dili bilikləri üstünlük hesab olunur)

- MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı

- İT və müasir texnologiyalar sahəsində baza biliklərin olması

- İşgüzar ünsiyyət qaydalarına riayət etmə bacarığı

- Çalışqan, ünsiyyətcil və çətin vəziyyətlərdə operativ qərar vermə qabiliyyəti

- Komanda ilə effektiv şəkildə əməkdaşlıq etmək bacarığı
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Logistika mütəxəssisi
Bakı
SVG
SVG
SVG