Operator / Kuryer dəstəyi üzrə mütəxəssis
MinVolt elektrik velosipedlərinin icarəsi, texniki xidmət və batareya dəyişmə məntəqələri şəbəkəsi ilə fəaliyyət göstərən e-mobility şirkətidir. Kuryerlərlə birbaşa ünsiyyətdə olacaq, daxil olan müraciətləri cavablandıracaq və servis mərkəzində gündəlik əməliyyat proseslərinə nəzarət edəcək məsuliyyətli komanda üzvü axtarırıq.
Vəzifə təsviri
Operator kuryerlərin qeydiyyatı, telefon zəngləri və mesajların cavablandırılması, yaranan problemlərin qeydiyyatı, habelə velosipedlərin təhvil-təslim prosesinin icrasına cavabdehdir. Bu rol kuryerlər, servis heyəti və idarəetmə qrupu arasında əlaqələndirici funksiyanı yerinə yetirir.
* İş yeri: Bakı şəhəri, MinVolt servis mərkəzi;
* Stabil və daim inkişaf edən iş mühiti;
* Daxili təlimlər və iş proseslərinin mənimsənilməsi;
* Gənc və dinamik kollektiv;
* Əmək haqqı müsahibə zamanı namizədin bacarıqlarına uyğun razılaşdırılır;
* İş qrafiki müsahibə əsnasında müəyyənləşdirilir;
* Uzunmüddətli karyera və peşəkar inkişaf perspektivləri.
CV və motivasiya məktubunuzu
[email protected] ünvanına göndərməyiniz xahiş olunur.