Operator / Kuryer dəstəyi üzrə əməkdaş

Bakı
Tam ştat
8
0
Çağrı mərkəzi operatoru
1 ildən aşağı
800 - 3 000 ₼
İşin Təsviri
Operator / Kuryer dəstəyi üzrə mütəxəssis

MinVolt elektrik velosipedlərinin icarəsi, texniki xidmət və batareya dəyişmə məntəqələri şəbəkəsi ilə fəaliyyət göstərən e-mobility şirkətidir. Kuryerlərlə birbaşa ünsiyyətdə olacaq, daxil olan müraciətləri cavablandıracaq və servis mərkəzində gündəlik əməliyyat proseslərinə nəzarət edəcək məsuliyyətli komanda üzvü axtarırıq.

Vəzifə təsviri

Operator kuryerlərin qeydiyyatı, telefon zəngləri və mesajların cavablandırılması, yaranan problemlərin qeydiyyatı, habelə velosipedlərin təhvil-təslim prosesinin icrasına cavabdehdir. Bu rol kuryerlər, servis heyəti və idarəetmə qrupu arasında əlaqələndirici funksiyanı yerinə yetirir.

* İş yeri: Bakı şəhəri, MinVolt servis mərkəzi;
* Stabil və daim inkişaf edən iş mühiti;
* Daxili təlimlər və iş proseslərinin mənimsənilməsi;
* Gənc və dinamik kollektiv;
* Əmək haqqı müsahibə zamanı namizədin bacarıqlarına uyğun razılaşdırılır;
* İş qrafiki müsahibə əsnasında müəyyənləşdirilir;
* Uzunmüddətli karyera və peşəkar inkişaf perspektivləri.

CV və motivasiya məktubunuzu [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Öhdəliklər
Azərbaycan dilində şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;

Rus dili biliyi arzuolunandır;

Zənglərin qəbulu və mesajlaşma platformaları ilə işləmək bacarığı;

Kompüter bilikləri, o cümlədən Google Sheets, Excel və sadə CRM proqramları ilə işləmək təcrübəsi;

İşə qarşı məsuliyyətli, diqqətli və nizam-intizamlı yanaşma;

Gərgin və çətin vəziyyətlərdə təmkinli olmaq, problemləri operativ həll etmək bacarığı;

Müştəri xidmətləri, operator, kassir və ya müvafiq servis sahələrində iş təcrübəsi üstünlük hesab olunur.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG